İçimizdəki şeytanlar — Hüseyn Nihal Atsızın 1940-cı ildə nəşr etdirdiyi 16 səhifəlik əsəridir.[1]
İçimizdəki şeytanlar | |
---|---|
türk. İçimizdeki Şeytanlar | |
Müəllif | Hüseyn Nihal Atsız |
Orijinal dili | Türkcə |
Yazılma ili | 1940-cı ildə |
Atsız, Səbahəddin Əlinin İçimizdəki şeytan əsərinə cavab olaraq İçimizdəki şeytanlar adındakı bu əsəri hazırlamışdır.[2] Atsıza görə Səbahəddin Əli, bu romanı ilə vətənpərvərliyi pisləməyə və türkçüləri pis göstərməyə çalışmışdır.[2] Əsərin I və III səhifələri arasında Səbahəddin Əlinin romanının xülasəsi yer almaqdadır. Atsız, kitabın xülasəsindəki bəzi yerlərdə Səbahəddin Əlinin yazıçılıq qabiliyyətini pisləmişdir.[3]
Bundan əlavə Atsız, bu əsərində Səbahəddin Əlinin rum kökənli ailədən gəldiyini iddia etmişdir.[2]