Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır.[1] Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir.[2]
Ruh adam | |
---|---|
türk. Ruh Adam | |
Janr | Roman |
Müəllif | Hüseyn Nihal Atsız |
Orijinal dili | Türkcə |
Yazılma ili | 1972-ci ildə |
Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər. Səlim Pusatın həyat yoldaşı Ayşə Pusat isə bu hadisələr zamanı işdən çıxarılaraq, nazirlik sərəncamına alınmışdır. Bu illərdə ailə çox yoxluqla qarşılaşır. Həbs müddəti bitdikdən sonra Şərəf intihar edir, Ayşə isə işinə bərpa edilir. Girdiyi sinifdə Aydolu, Nurqan və Güntülü adında 3 qızla tanış olur, tərbiyə, çalışqanlıq və mədəni olmaları ilə bu 3 qız Ayşə Pusatın diqqətini çəkir.[3]
Həyatını hərbi sahəyə həsr etmiş Səlim Pusat bir gecə qəribə səslər eşidir və sonda iki nəfər ilə tanış olur. Birincisi Leyla Mütləqdir, digəri isə Yekdir. Leyla Mütləq özünü Osmanlı taxtının varisi olaraq təqdim edir. Səlim Pusat Leyla Mütləqi gecə vaxtı olduğu üçün evə buraxır, lakin bu onu son görüşü olmayacaqdır. Səlim Pusat həyat yoldaşı Ayşə Pusat vasitəsilə Aydolu, Nurqan və Güntülü ilə tanışır. Günlər keçdikcə Güntülüyə qarşı zəifiyyəti yaranır. Qəribəlik başlayır, Səlim Pusat bir unutqanlığın iztirabını yaşamaqdadır. Dostu Şərəf bir gün Səlim Pusat ilə danışır və bu iztirabın səbəbini izah edir. Kitaba görə Səlim Pusat Tanrıqut Metenin ordusunda zabitdir. Mete, ona sevgilisini oxlamasını əmr edər, lakin Səlim Pusat bunu edə bilməz. Oxlanmayan sevgili isə Güntülüdür. Bu hadisələrdən sonra Səlim Pusatda qəribəliklər başlayır. Bir gecə yuxusunda məhkəməyə çıxarılır. Özünə şahid olacaq kimsə yoxdur. Özü ilə talehi oxşayan kapitan Burkay ilə döyüşməsinə qərar verilir. Döyüşün qalibi Burkay olur. Bundan sonra Səlim Pusat divarda olan gənclik şəklindən enərək yox olur. Ayşə Pusata məktub ilə vəda edir.[2]