İşıq (qəzet, İraq)

"İşıq" (qəzet) — türk və ərəb dillərində dərc edilən qəzet.

"İşıq" (qəzet)
Təsisçi Hac Sami Yusif Tütünçü
Baş redaktor Seyfəddin Biravcı, Mehmet Ömər Həmzəli
Yazıçılar Ata Tərzibaşı, Əli Marufoğlu, Şəmsəddin Tahir Xançı, Nəcdət Dəmirçi, Türkiyədən İsa Kayacan, Şəmsəddin Kuzəçi,Tamilla Əliyeva, Eluca Atalı
Yaranma tarixi 15 iyul 2005-ci il
Dil ərəbtürk dili
Şəhər Kərkük
Ölkə İraq

2005-ci il iyulun 15-i Kərkükdə şair Hac Sami Yusif Tütünçü tərəfindən qurulmuş “İşıq” Ədəbiyyatçılar qrupunun mətbu orqanıdır. İraq türkman ədəbiyyatçılarının səsi olan “İşıq” qısa müddətdə Türkiyə və türk dünyasına yayıldı. Türk və ərəb dilində dərc edilən “İşıq”ın tanınmış yazarları Ata Tərzibaşı, Əli Marufoğlu, Şəmsəddin Tahir Xançı, Nəcdət Dəmirçi, Türkiyədən İsa Kayacan, Şəmsəddin Kuzəçi, Azərbaycandan Tamilla Əliyeva və Eluca Atalı onunla əməkdaşlıq edirlər. Aylıq olaraq dərc edilən “İşıq”ın baş redaktoru şair, yazar Seyfəddin Biravcı bəzi qruplar tərəfindən silahlı hücuma məruz qaldı. “İşıq”ın indiki baş redaktoru Mehmet Ömər Həmzəlidir.[1]

  1. Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 153. ISBN 978-9952-516-66-1..