İblis boğazı

İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilərkaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır. Şəlalənin bu hissəsi Braziliya ilə Argentinanın sərhədlərini müəyyən edir.

İquasu şəlaləsi
port. Cataratas do Iguaçu, isp. Cataratas del Iguazu
Braziliya tərəfindən şəlalənin görüntüsü
Braziliya tərəfindən şəlalənin görüntüsü
Ümumi məlumatlar
Hündürlüyü 82 m
Eni 4000 m
Su sərfi 1500-6000 m³/s
Çay İquasu çayı
Yerləşməsi
25°41′38″ c. e. 54°26′15″ q. u.
Ölkələr
İquasu şəlaləsi xəritədə
İquasu şəlaləsi
İquasu şəlaləsi
İquasu şəlaləsi xəritədə
İquasu şəlaləsi
İquasu şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 303
ing.rus.fr.