İbn əl-Ravəndi

İbn əl-Ravəndi və ya Qutbəddin Ravəndi (tam adı; Əbul-Hüseyn Əhməd ibn Yəhya ibn İshaq ibn Ravəndi[3]; 827 və ya təq. 815[1], Kaşan, İsfahan ostanı911 və ya təq. 860[2], Bağdad) — filosof və mütəkəllim.

İbn əl-Ravəndi
Doğum tarixi 827 və ya təq. 815[1]
Doğum yeri
Vəfat tarixi 911 və ya təq. 860[2]
Vəfat yeri
Elm sahəsi fəlsəfə

Qəməri təqvimi ilə 245-ci ildə Kaşan şəhəri yaxınlığında, Ravənd kəndində anadan olub.

İlk təhsilini atasından alıb. Həmçinin Şeyx Səduq, Seyid Mürtəza, Seyid Rəzi, Şeyx Tusi kimi öncül alimlərin baxışları onun təfəkür tərzində təsir qoyub. O, İsfahan, XorasanHəmədanda yaşayan hədis böyüklərindən rəvayətlər eşidib və nəql etmişdir.

Onun ustadları arasında Əbu Cəfər Məhəmməd ibn Əli ibn Möhsün Hələbi, Əbul-Həsən Məhəmməd ibn Əli ibn Əbdüssəməd Təmimi Nişapuri, Seyid Əbul Bərəkat Məhəmməd ibn İsmayıl Məşhədi, Səfiyyəddin Mürtəza ibn Dai ibn Qasım kimi alimlər var.

Həmçinin böyük ustadı Təbərsinin təsiri əsasında Quranla daha sıx ünsiyyət qurub və bu mövzuda əsərlər qələmə alıb.

Qutbəddin Ravəndi özü də çoxlu böyük elm adamları yetişdirib. Misal olaraq, İbn Şəhr Aşub kimi məşhur olan Məhəmməd ibn Əlinin adını qeyd etmək olar.

Q. Ravəndidən xeyli sayda əsərlər qalmışdır. Misal olaraq, "Ümmul-Quran", "Təfsir əl-Quran", "Xulasə ət-təfasir", "Şərhu ayatul-muşkulə fi ət-tənziyə", "Ayatul-əhkam", "Əl-Mucizat", "Əl-İxtilafat" və s. kitabları qeyd etmək olar.

Ravəndi 573-cü il 14 şəvvalda Qum şəhərində vəfat edib. Qəbri Qumda Xanım Məsumənin ziyarətgahındadır.

  1. 1 2 https://www.google.fr/books/edition/Freethinkers_of_Medieval_Islam/9b8uQfmQM8kC?hl=fr. S. 37.
  2. 1 2 https://www.google.fr/books/edition/Freethinkers_of_Medieval_Islam/9b8uQfmQM8kC?hl=fr.
  3. "Encyclopedia Iranica, "EBN RĀVANDĪ, ABU'l-ḤOSAYN AḤMAD"". 2014-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]