İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi.
İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi.
Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir. Bu isimlə adlandırılmasının səbəbi, bəlkə də İbn Bibinin I Qiyasəddin Keyxosrov, İzzəddin Keykavus və I Əlaəddin Keyqubad dönəmləriylə ilgili mövzuları Qənii-yi Tusinin "Səlcuqnamə"sindən almış olması və Qiyasəddin Məsud bin Qılıcarslan dönəminə qədərki kimi mövzuları da ona əlavə etmiş olmasındandır.
İbn Bibinin bu kitabdaki yazı üslubu çətin, ərəbcə və yabançı kəlimələrdən yaralanma nöqtəsindəki aşırılığı yorucu və sıxıntı vericidir.