İbn Həkim Xinaluqi

İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi DərbəndiXII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi.

İbn-Həkim Əl-Xinaluqi
Həkim ibn İbrahim ibn Həkim əl-Qrızi əl-Xınaluqi əd-Dərbəndi
Doğum yeri Xınalıq
Vəfat tarixi

Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı.

Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur.

Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur.[1]

O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.

Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də şəhərdə Qəzzalidən fıqh dərsi almış, hədisləri dinləmişdir. O, uzun müddət Buxarada yaşamış və 1143/4-cü ildə orada vəfat etmişdir[2].

Başqa bir mənbəyə görə isə, o, ömrünün son iki ilini Buxarada yaşamış və hicri 538-ci il şəvval ayının 12-si (17 aprel 1144) orada vəfat etmişdi.[3]

  1. http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1594 Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine Naməlum xınalıqlı alimlər
  2. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, 2006, səh. 110. elibrary.az[ölü keçid]  (az.)
  3. Elnur Nəsirzdə. Cəmaləddin Əbdürrəhim əl-Əsnəvi, Təbəqat-us-Şafi’iyyə, cild, səh. 394-395. Əbu Səid Əbdülkərim əs-Səm’ani, Kitab-ül-Ənsab, cild. I, səh. 256.

Elnur Nəsirov, Orta əsrlərdə yaşamış Azərbaycanlı Alimlər, Bakı 2011. https://ia600709.us.archive.org/27/items/Azeri-Alimleri/Orta%20Esrlerde%20Yasamis%20Azerbaycanli%20Alimler%20ELNUR%20NASIROV.pdf[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib