Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici.
Əbdürrəhman ibn Mülcəm | |
---|---|
ərəb. عبد الرحمن بن ملجم المرادي | |
| |
Doğum yeri |
|
Vəfat tarixi | 661 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Vətəndaşlığı | |
Cinayət | Əlinin qətli |
Cinayət cəzası | edam |
Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır.[1] Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir.[2]
Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır.[3] Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.[4]:309[5]