Bu məqaləni vikiləşdirmək lazımdır. |
İsmayılzadə İbrahim Məmməd oğlu (25 oktyabr 1898, Gəncə – 21 oktyabr 1962, Bakı) — Azərbaycan SSRİ-da dermoto-venerologiyanın banilərindən biri. 1929-cu ildə tibb elmləri doktoru, 1932-ci ildə professor, 1960-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülüb.
İbrahim İsmayılzadə | |
---|---|
İbrahim Məmməd oğlu İsmayılzadə | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Umnisə Musabəyova |
Uşağı | Dilarə |
Elmi dərəcəsi |
|
Təhsili |
|
Mükafatları |
1922-ci ildə 1-ci Moskva Dövlət Universitetinin Tibb fakültəsini bitirib. 1923–25-ci illərdə Berlin, Heydelberq və Münhen dermoto-veneroloji klinikalarında ixtisasını artırmışdır. 1925-ci ildən Azərbaycan Dövlət Tibb universitetində assistent, elmi katib, dekan və prorektor vəzifələrində çalışmışdır. Tədqiqatı əsasən, ölkə patologiyasına, dəri xəstəliklərinin naftalanla müalicəsinə həsr olunmuşdur. Abşeron neft məhsullarında ilk dəfə onkogen faktorunu tapmışdır. 1948-ci ildən ömrünün sonuna kimi Respublika Dermatoloqlar Cəmiyyətinin sədri olub…"[1]
Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun www.adhti.edu.az saytında yazılıb: "İsmayılzadə İbrahim Məmməd oğlu Ə. Əliyev adına ADHTİ-nin dəri-zöhrəvi xəstəlikləri kafedrasının müdiri işləyib. 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb.1948-ci ildə dermatologiya üzrə Azərbaycanda ilk tibb elmləri doktoru, əməkdar elm xadimi, professor İbrahim Məmməd oğlu İsmayılzadə kafedraya ikinci professor seçilmişdir. Moskva Tibb Universitetini bitirdikdən sonra 1923–1925-ci illərdə Almaniyanın mərkəzi şəhərlərində (Berlin, Münhen, Heydelberq və s.) 2 illik təkmilləşməyə göndərilmişdir.
Almaniyanın dünya şöhrətli alimi Tsumbuşla dostluq etmiş, onunla birgə elmi iş aparmışdır. Prof. İ. M. İsmayılzadə dəri və uroloji xəstəliklərin naftalanla müalicəsini ətraflı öyrənmiş və bu mövzuya həsr olunmuş monoqrafiya nəşr etdirmişdir. Abşeronun sənaye neftinin onkoloji xassələrini 1929-cu ildə məhz professor İ. M. İsmayılzadə öyrənmişdir və onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
Prof. İ. M. İsmayılzadənin Azərbaycan dilində tədrisin təşkilində böyük əməyi olmuşdur. Onun Azərbaycan dilində nəşr etdiyi bir neçə dərs vəsaiti və latın-rus-azərbaycan dilində tibbi terminoloji lüğəti həkimlərə böyük kömək etmişdir. Alimin elmi əsərləri institun, respublikanın və Moskvanın jurnallarında dərc olunmuşdur.".