Heydelberq

HeydelberqAlmaniyada şəhər.

Heydelberq
Heidelberg
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
49°24′44″ şm. e. 8°42′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 108,89 km² (2016, 31 dekabr 2017)[2][3]
Mərkəzin hündürlüyü 114 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 162.960 nəf. (31 dekabr 2023)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu 6221, 6202
Poçt indeksi 69001
Nəqliyyat kodu HD
Digər
heidelberg.de
Xəritəni göstər/gizlə
Heydelberq xəritədə
Heydelberq
Heydelberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisinin sayı 147 min nəfərdir. ŞtutqartFrankfurt-Mayn şəhərləri arasında yerləşir. Ərazisi 108.84 km²-dır.

Bir vaxtlar Heydelberq Avropanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada dünyanın ən yaxşı universitetlərindən biri sayılan Heydelberq Universiteti yerləşir.

Almaniya'nın Baden-Vürtemberq əyalətində yerləşir. ReynNekkar çaylarının arasında qalan vadidə yer almışdır (Rhein-Neckar Kreis). Haydelberq, Manhaym'dən təxminən 20 dəqiqə uzaqlıqda yerləşir. Haydelberq ümumi olaraq dağlıq şəhərdir, ən yüksək yeri Königstuhl (568m) və Gaisberg (375m) dir. Şəhərdən Nekkar çayı keçir. Şəhər, Odenwald meşəsinin içində yerləşir. Heydelberq ərazi etibarilə Almaniya'nın mərkəz bölgəsində yer aldığına görə, şəhərdə çox sayda əncir və badam ağacları yetişir.

Şəhərin tarixi qədim dövr Roma İmperiyası dövrlərinə dayanır. Xüsusi ilə şəhərin bugünkü Neuenheim bölgəsində Romalıların izlərinə rast gəlmək mümkündür. Orta əsrlər dövründə şəhər daha çox ətrafında yerləşən qəsəbə və şəhərlərə bağlı qalmışdır. 1225-ci ildən yenidövr başlanğıcına qədər kraliyyətin məskunlaşma yeri olmuşdur. Bu səbəbdən bu bölgəyə "Kurpfalz" deyilir. Heydelberq universiteti bu zamanlarda yəni 1386-cı ildə qurulmuşdur və Almaniyanın ən qədim universitetidir. 17-ci əsrin ikinci yarısının sonlarına doğru şəhər fransızların hücumuna məruz qalmışdır hətta bəzi yerləri fransızlar tərəfindən ələ keçirilmişdir. O dövrlərdə qədim şərəh (Altstadt) və Saray təxribata uğramışdır. 1840-cı ildə tikilən Mannheim-Heydelberq dəmir yolu Baden bölgəsində ilk dəmir yolu olaraq tarixə keçmişdir.

Şəhər mərkəzi

1930-cu ildə universitenin yeni binasının inşaatına başlanmılmşdır. 1930-cu ildə Nazilərin iqtidara gəlməsi səbəbi ilə Heydelberq univesiteti bir çox yəhudi tələbəprofessorlarını itirmişdir. İkinci dünya müharibəsindən sonra, Almaniyanın müharibədən dağılmadan qalmış olan şəhərlərindən biridir. Müharibə sonrasında ABŞ işğalında qalan şəhər, uzun illər Amerikan ordusu tərəfindən hərbi baza olaraq istifadə edilmişdir. Bu gün xüsusi ilə şəhərin, "qədim şəhər" (Altstadt) və Sarayı UNESCO tərəfindən dünya insanlıq mirası siyahısında yer almışdır.

Şəhər əsasən bir mədəniyyət şəhəri kimi tanınır və bundan dolayı sənayeləşməmişdir. Bununla belə dünyada məşhur olan çap maşınları istehsal edən "Heidelberger Druckmaschinen AG" bu şəhərdə yerləşir.

Heydelberq çap maşınlarını bütün dünya bir nömrə kimi qəbul edir.

Şəhər şurası 40 üzvdən ibarətdir. Şəhərdə Şura seçkiləri beş ildən bir keçirilir.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Rhein-Neckar Bölgəsinin gündəlik qəzeti (Rhein-Neckar Zeitung) Heydelberqdə nəşr olunur.

Heydelberq Universiteti ilə dünyada şöhrəti olan bir şəhərdir. Universitet 2 hissədən ibarətdir şəhəri çayın bölməsi səbəbi ilə universitət də iki hissəyə ayrılmışdır. "Qədim şəhər" tərəfində qalan hissəsində daha çox sosial və sənət fakültələri mövcuddur. Yeni hissəsində isə əsasən Təbiət bilimləri və Tibb fakültəsi mövcuddur. Şəhərdə həmçinin Xərçəng xəstəliyini araşdırma mərkəzi, "Max Plack instutu", və Avropa molekulyar biologiya laboratoriyası mövcuddur.

Mədəniyyət və turizm

[redaktə | mənbəni redaktə et]
Mərkəzi küçə
Böyük barel (Das Große Fass) sarayda, 1896
Böyük barel (Das Große Fass) sarayda bu gün

Şəhərin ən önəmli tarixi tikilisi Saraydır. Dövrümüzdə Saray abidəsinin bir çox hissəsi dağılmış vəziyyətdədir. Sarayın içində Alman aptek muzeyi (Deutsches Apotheken-Museum) və qədim, böyük bir çəllək (Das Große Fass) mövcuddur. Nekkar üzərində tapılan və 1248-ci ildə inşa edilən, xalq arasında qədim körpü (Alte Brücke) deyilən körpünün əsl adı "Karl-Theodor-Brücke"dir. Qədim şəhərin mərkəzində yerləşmiş "Heiliggeistkirche", şəhərin ən məşhur kilsəsidir.

Şəhərin baxılması lazım olan yerləri və bəzi muzeylər :

  • Qədim universitet binası və tələbə həbsxanası (alte Aula ve Studentenkarzer).
  • Universitet kitabxanası.
  • Saray.
  • Fridrix Ebertin doğulduğu ev.
  • Filosoflar yolu (Philosophenweg).
  • Sənət muzeyi (Kurpfälzisches Museum).
  • Botanika baxçası.
  • Carl Bosch Muzeyi
  • Haus zum Ritter
Heydelberq ümumi mənzərə
Heydelberq köhnə şəhər və saray
Heydelberq köhnə şəhər və Nekkar çayı
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  3. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
  4. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.