İbrahim Məmmədov (16 iyul 1964, Zərdab rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar jurnalisti.[1]
İbrahim Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADPİ Tarix və hüquq fakültəsi |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" adlı elmi monoqrafiyanın, "Üç əsrin alqoritmləri və ya tarix necə təkrarlanır (1700-2019)" adlı kitabın və yüzlərələ məqalənin müəllifidir. "1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir" adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. "Əməkdar jurnalist"dir. "Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi" adlı 3 hissəli sənədli filmin müəllifidir.
"Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. Region TV-nin sədr müavinidir. Hazırda Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəridir. Ailəlidir, 2 övladı var.