Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İbrahim Əsgər oğlu Mehdiyev (1 aprel 1946, Ağdaş rayonu) — Yasamal Rayon İcra Hakimiyyətinin başçısı (2006–2017).
İbrahim Mehdiyev | |
---|---|
26 sentyabr 2006 – 1 iyul 2017 | |
2000 – 2006 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ |
Partiya |
|
|
|
Təltifləri |
1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ. Mehdiyev "Azərelektroişıq" zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, "Elektomaş" Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, "Azərelektroişıq" İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun "Kristal" zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
1974-cü ildə "Şərəf Nişanı" Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.