İbrahim Mustafayev (1972, Qurdqala, Kalinino rayonu) – Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2018–2021)
İbrahim Mustafayev | |
---|---|
28 avqust 2018 – 5 oktyabr 2021 [1] | |
Əvvəlki | Ramiz Yediyarov Qüdrət Paşayev (i.e.) |
Sonrakı | Orxan Mürsəlov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1972 |
Doğum yeri |
Mustafayev İbrahim Ənvər oğlu 1972-ci ildə indiki Ermənistan SSRİ-nin Kalinino rayonu Qurdqala kəndində anadan olmuşdur.
İbrahim Mustafayev uzun illər Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərancamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[2]
5 oktyabr 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.[3]