Ramiz Qəni oğlu Yediyarov (31 may 1966, Vedi rayonu, Ermənistan SSR) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2012–2018).[1][2]
Ramiz Yediyarov | |
---|---|
18 aprel 2012 – 1 iyun 2018 | |
Əvvəlki | Kamran Rzazadə |
Sonrakı | Qüdrət Paşayev (i.e.) İbrahim Mustafayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 may 1966 (58 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Ramiz Yediyarov 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. 1983-cü ildə Şəki şəhər orta məktəbini bitirib.
1984-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir. 1984–1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Ailəlidir, 3 övladı vardır.
Əmək fəaliyyətinə 1990-cı ildə Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı kimi başlamış, 1995–1997-ci illərdə Şəki rayonu C. Cabbarlı adına kolxozda mühasib işləmişdir.
Ramiz Yediyarov 1997-ci ildən vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2008–2012-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini və 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir.
2012–2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.