Əbu İshaq İbrahim ibn Ədhəm əl-İcli (ərəb. إبراهيم بن أدهم; 13 may 718, Bəlx, Xorasan, Əməvilər xilafəti[1] – 776[1], Cəblə[d], Abbasilər xilafəti[1]) — erkən sufi zahidlərindən biri. Sünniliyin hənəfi məzhəbinə mənsub idi. Sufi ənənəsi İbrahimi saleh və təvazökar kimi təsvir edir. İbrahimin ən məşhur tələbəsi Şaki Bəlxidir.
İbrahim ibn Ədhəm | |
---|---|
ərəb. إبراهيم بن أدهم | |
Doğum tarixi | 13 may 718 |
Doğum yeri | |
Vəfat tarixi | 776[1] |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | ilahiyyatçı, Müsəlman |
Vikianbarda əlaqəli mediafayllar |
Müsəlman ənənəsinə görə, İbrahimin ailəsi Kufədən idi, lakin o, Bəlxdə anadan olmuşdur. Əksər müsəlman tarixçiləri İbrahimin Cəfər Sadiqin qardaşı Abdullahın nəslindən olduğuna inanırlar. İbrahimin həyatı İbn Asakir və Buxari kimi orta əsr müəllifləri tərəfindən nəql edilmişdir.[2]
İbrahim Bəlx hökmdarının ailəsində anadan olmuş, lakin taxt-tacı tərk edərək zahid həyatını seçmişdir. Rəvayətə görə, Xızır ona taxtdan əl çəkməyi və zahid həyat tərzi keçirməyi məsləhət görmüşdür. 750-ci ildən sonra tez-tez Qəzzaya qədər cənuba doğru səyahət edərək yarımköçəri həyat sürməyə başlamışdır. İbrahim dilənçiliyi inkar etmiş və çörəkpulu qazanmaq üçün yorulmadan çalışmışdır. İbrahim Bizansla sərhəddə hərbi əməliyyatlarda iştirak etmişdir. Güman edilir ki, onun ölümü yürüşlərdən birində baş vermişdir.[2]