İbtidai insan sürüsü

İbtidai insan sürüsüinsanın ən yaxın heyvani əcdadlarının zooloji birliyini bilavasitə əvəz etmiş ilkin insan kollektivinin şərti adı. Alimlərin əksəriyyətinin fikrinə görə, ibtidai insan sürüsü dövrü müasir tipli insanın yarandığı dövrdur. İbtidai insan sürüsü arxeoloji cəhətdən Aşağı Paleolit və Orta Paleolitin bir hissəsini əhatə edir. Antropoloji cəhətdən bu dövr formalaşan insanların – arxantroplarınpaleoantropların (neandertallar) yaşadığı dövrdür. Onlar ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Əmək alətləri əl çapaçaqları, kobud kəsici alətlər (çopperlər), itiuclu və s. idi. Ehtimal ki, nizamsız nikah münasibətlərinin hökm sürdüyü ibtidai insan sürüsü dövründə bir sürü daxilindəki üzvlər arasında cinsi əlaqələr tədricən aradan qalxmış və qadağan olunmuşdur. Digər sürünün uzvləri ilə nikah bağlanmasına kecildikdən sonra tayfa yaranır.[1]

  1. Ибтидаи инсан сүрүсү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 363.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]