İdris İsayev

İdris Balakişi oğlu İsayev (22 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası təhsil nazirinin müavini (2014–2018).

İdris İsayev
bayraq
Azərbaycan Respublikası təhsil nazirinin müavini
bayraq2
24 fevral 2014 – 16 noyabr 2018
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1970(1970-10-22) (52 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Tərəqqi" medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992–1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib[1].

1993–2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib[1].

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilmişdir.

Rusingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Səlim Müslümova iki müavin təyin edildi — news.lent.az saytı". 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-25.