İdris Şükürlü ( 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist.
- 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş;
- 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş;
- 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş;
- 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş;
- 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş;
- 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş;
- 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi;
- 1989-cu ildən məsul katib işləmiş;
- 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş;
- 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş;
- 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş;
- 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[1]
- “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə
- “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə
- “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə
- “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə
- “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə
- “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə
- “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010.
- “Çəkirəm dünyanın şəkilini sözlə”
- “Açılmayan səhər”
- “Əsl insan haqqında düşüncələr”
İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur.
Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu.
- Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.