İdris Xəlil oğlu Qədimov (15 sentyabr 1920, Morul, Gəncə qəzası – 20 avqust 1996, Klaypeda) — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı.
İdris Qədimov | |
---|---|
İdris Xəlil oğlu Qədimov | |
Fayl:İdrisQədimov.png | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1996 (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Yevgeniya Qədimova |
Uşaqları | Tamara Qədimova, Elvira Qədimova |
Atası | Xəlil ağa Qədimov |
Anası | Zinyət Hüseynova |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 23.06.1943 − 09.05.1945 |
Rütbəsi | Tibb xidməti polkovnik-leytenantı |
Təltifləri |
İdris Qədimov Şəmkirin tanınmış Qədimovlar (Bədirbəylilər) (əvvəlki adla Bədirbəylilər) nəslindəndir.
Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır.
İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərirmişdir.
İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır.
07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir. O, 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sındırmalarından ibarət 2 tibbi köçürmə əməliyyatı etmişdir. Bunlar ağır yaralar üçün cərrahi tədbirlər sırasına daxildir.
Müharibədən sonra İdris Qədimov Klaypeda (Litva SSR) şəhərində yerləşən Hərbi Hospitalda həkim kimi çalışmışdır.