Qədimovlar (Bədirbəylilər)

Qədimovlar (Bədirbəylilər) — Azərbaycanın tanınmış soylarından biri.

Qədimovlar (Bədirbəylilər)
Titul Ağa
Əcdadı Qədim ağa Bədirbəyli
Mənşəyi Morul, Şəmkir
Təbəəliyi Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Qədim ağa Bədirbəyli 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. 1882-ci ildə Gəncədə rütbəli ailəsindən Güllü xanımla ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. XX əsrin birinci rübündə repressiayadan yaxa qurtarmaq üçün soy nümayəndələri soyadlarını "Bədirbəylidən" "Qədimova" dəyişdirmişdirlər.

Soyun fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qədim ağanın oğlu Zeynal ağa çar ordusunda xidmətdə olarkən, 1913–14-cü illər rus-türk müharibəsinin iştirakçısı olub. Döyüşlərin şiddətli vaxtı biləndə ki, rus əsgərləri, bu da onların içində, türklərə qarşı vuruşur, döyüşdən boyun qaçırır: "Mən türk qardaşlarıma güllə ata bilmərəm" deyib, silahını yerə qoyur, hərbçi andını pozur və çox çətinliklə də olsa baş götürüb birbaşa Azərbaycana — Şəmkirə gəlir. Atasının təsərrüfatında müəyyən işlərə rəhbərlik edir. Arabir qəzet, dərgi almaq üçün həmkəndlisi Yusif ağayla Gəncəyə gedirdi. Zeynal ağa burada həm də xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda düşünüb-daşınanlarla tanış olurdu. 1920-ci il dekabr ayının axırında Zeynal ağa ermənilər tərəfindən alabaşlı stansiyasında öldürülmüşdür.

1918-ci il iyun ayının əvvəllərində şiştəpəlilər eşidirlər ki, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qoşunları Şamaxıdan, Ağsudan adlayaraq Göyçaydan üzübəri milləti qılıncdan keçirə-keçirə Yevlaxa doğru irəliləyir. Bu zaman kənddən 62 nəfərdən çox əlisilahlı, o cümlədən Qədim ağa, oğlanları Zeynal ağa və Xəlil ağa Qarabağa erməni daşnaklarına qarşı vuruşmağa getmişlər və orada böyük fədakarlıqlar göstərmişlər.

1920-ci ilin yayında Şəmkirin Müskürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Bədirbəyli nəslindən olan mülkədarlar da üsyana qoşulmuşdular. Onlardan Xəlil ağa Qədimov üsyanın əsas iştirakçılarından idi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular.

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]