İfikrat (ing. Iphikrates; e.ə V-ci əsrin sonu — e.ə IV-cü əsrin əvvəli) — qədim yunan (Afina) sərkərdəsi.[2]
İfikrat | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 419[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 353[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | strateq, əsgər |
İfikratın adı, orduda islahatların keçirilməsi və özündə həm ağır, həm yüngül piyadaların cəhətlərini birləşdirən piyadalar növünün — peltastların — yaradılması ilə bağlıdır. Onlar yüngül qalxanlarla, uzadılmış nizə və qılınclarla silahlanmışdılar, uzun məsafəli yürüşlər etməyi, həm sıx səfli, həm də səpələnmiş qaydada uğurla hərəkət etməyi və döyüş meydanında manevr etməyi bacarırdılar. E.ə 395–387 Korinf mühairbəsində İfikrat Afina ordusuna başçılıq edirdi. İlk dəfə müstəqil hərəkət edən İfikratın muzdlu peltastları Sparta hoplitləri üzərində qələbəyə nail oldular. Sonra İfikrat frakiyalı hakim Kotisin qoşunlarına başçılıq edirdi. E.ə 374–373-cü illərdə farsların Misirə yürüşündə, e.ə 357–355-ci illərdə Yunanıstanda Müttəfiq müharibəsində Afina strateqi kimi iştirak etmişdi. Xəyanətdə suçlanmış, lakin Afina məhkəməsi tərəfindən bəraət almışdı.