İj çayı — Kama çayının sağ qolu olub, Tatarıstan və Udmurtiya respublikalarının ərazisindən keçir. 1978-ci ildən təbii abidə kimi qorunur.
İj | |
---|---|
Ölkə | |
Mənsəbi | Kama çayı |
Uzunluğu |
|
Su sərfi | 34,1 m³/s |
Hövzəsinin sahəsi | 8.510 km² |
DSR[ru] | 10010101212111100026890 |
Vikianbarda əlaqəli mediafayllar |
İj çayı Böyük və Kiçik İj çaylarının birləşməsi ilə formalaşır. Çay öz mənbəyini Udmur respublikasının İqrin və Yaşkur-Bodin rayonlarının sərhəddində yerləşən Kiçik Ovşor kəndindən götürür. Çay Tatarıstan və Udmur respublikaları ərazisində şimaldan cənuba doğru istiqamətdə axır (Udmur respublikasında çayın uzunluğu 97 km-dir) və 124 km sonra Kama çayına tökülür. İj çayının mənsəbində Nijnekamı su anbarı yerləşir.
Çayın uzunluğu 237 km-dir. (Böyük İj çayıda daxil edilərsə 259 km). Çayın hövzəsi 8510 km², həmçinin İj gölməçəsindən 1640 km² çoxdur.
Su hövzəsi yüksək düzənlikdə yerləşir ki, onun da relyefi Sarapul (hipsometrik hündürlüyü 100–150 m) və Mojqin (hipsometrik hündürlüyü 200–250 m) düzənliklərinə ayrılır. Meşəlik dərəcəsi 40%-dir.
Çay qarışıq sularla qidalanır, əsasən yayda yeraltı sularla qidalanır. Çay əsasən noyabr ayının ilk 10 günlüyündə donur və 3,5 ay davam edir. Buzda sürüşmə 5–6 sutka çəkir və aprelin ilk 10 günlüyünə kimi davam edir. İllik bolsusuluğu 55,8% yazda (mart-iyun) olur. Yayda azalır.
Bulqar dilində İj-çay, udmurt dilində isə qoyun deməkdir.
Çay ətrafındakı yeganə şəhər İjevsk şəhəridir. Şəhər adını İjevsk zavodundan sonra yaranıb. Bununla yanaşı burada çoxlu qəsəbə və kəndlərdə mövcuddur: Yaqan, İj-Bayki