Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu.
Kama çayı | |
---|---|
udm. Кам, tatar. Чулман | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 1882 m |
Mənsəbi | Volqa çayı |
• Yüksəkliyi | 36 m |
Uzunluğu | 1805 km |
Meyilliyi | 0,11 m/km |
Su sərfi | 4.100 m³/s |
Su hövzəsi | Volqa çayı/Xəzər dənizi |
Hövzəsinin sahəsi | 507000 km² |
|
|
DSR[rus.] | 10010100112111100000016 |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Kamanın uzunluğu 1805 km[1] təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur[2]. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir.
Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm. кам sözü «çay, böyük çau»[3] anlamı daşıyır. Fərziyəyə görə "Komi" etnomini Kama çayını adından törəmişdir[4].
Çay öz başlanğıcını Udmurtiyanın Kezki rayonu, Kuliqa kəndi yaxınlığından götürür. Mənbəyi Vernekams yüksəkliyidir. Yuxarı axarlarda axarı sabit olmayaraq lillidir. Ən böyük Qolu Ağidel çayıdır. Çay 400–1200 m arası enə malik yatağa sahibdir. Çay Kuybışev su anbarında reyləşən Kama körfəzinə tökülür.
Kamaya ümumilikdə 73 718[5] çay tökülür. Bunun 94,5 % 10 kimoletrdən çox axara sahib deyildir. Əsas sol qolları: Cənubi Keltma, Vişera, Çusovaya, Belaya, İk, Zay, Şeşma, Menzelya; sol qolları: Kosa, Obva, Vyatka, İj, Toyma, Myoma.
Kama çayında Perm vilayətində Yelkənli qayıqların yarışı keçirilir - Kama kuboku
Kama nəhəng naviqasiya sisteminə malikdir. Su anbarlarının inşası onun imkanlarını artırmışdır. Kama Kerçevski qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. Əsas limanları: Solikamsk, Berezniki, Lyovşina, Perm, Krasnokamsk, Çaykovski, Sarapul, Kambara, Naberejneye Çelnı, Nijnekamsk, Çistopol. Permdən Moskva, Nijne Novqorod, Həştərxan və Ufaya reyslər təşkil edilir.
Çayda çökə, nərə, çapaq, karp, naqqa, xanı, adi durnabalığı və s balıqlar yayılmışdır.
Kama üzərində bir neçə yerdə bənd mövcuddur: