İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması

İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanmasıİkinci Dünya müharibəsi zamanı Qərb Müttəfiqlərinə məxsus hərbi təyyarələr tərəfindən Bolqarıstan ərazisindəki şəhər və obyektlərə endirilmiş bir sıra hava hücumları.

İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması
Yeri

Bolqarıstan ərazisinə ilk aviazərbələr nasistlərin Yuqoslaviyaya hücumu başladıqdan sonra, 6 aprel 1941-ci ildə Yuqoslaviyanın 3-cü bombardmançı alayının 64-cü qrupundan olan dörd "Do.17Kb-1" bombardmançı təyyarəsi tərəfindən Köstəndildə həyata keçirilmişdir.[1] Başqa bir Yuqoslaviya təyyarəsi saat 15:00 radələrində Sofiyanın qərb kənarına bombalar atmış, lakin onlar partlamamışdır.[2]

1941-ci il aprelin 6-dan 7-nə keçən gecə Yunanıstandan uçan Britaniyanın altı "Vellinqton" bombardmançı təyyarəsi Sofiya üzərinə bombalar atmışdır. Atılan bombalar dəmiryol vağzalı yaxınlığına və yaşayış məntəqələrinə düşmüşdür.[2] Hava hücumları müharibə elan edilmədən həyata keçirilmişdir. Yuqoslaviya və Yunanıstanda baş tutan döyüşlər Birləşmiş Krallıq, Yuqoslaviya və Yunanıstan üçün uğursuz inkişaf etdiyi üçün bombardmanların davamı gətirilməmişdir.[1]

14–24 yanvar 1943-cü il tarixlərində Kasablankada keçirilən konfransda ABŞ Prezidenti Franklin RuzveltBritaniyanın Baş naziri Vinston Çörçill Bolqarıstanı strateji bombardmana başlamaq qərarına gəlmişdilər. 1 avqust 1943-cü ildə ABŞ bombardmançı komandanlığı Rumıniyada yerləşən neft yataqlarına və neft emalı zavodlarına zərbələr endirmək məqsədi daşıyan "Qabarma dalğası" əməliyyatına başlamışdır. Bombardmançı təyyarələr Bolqarıstanın hava məkanından keçmişdir. Həmin gün Bolqarıstan Hərbi Hava Qüvvələrinin qırıcıları Ployeşti regionunda yerləşən Rumıniya neft yataqlarına basqından sonra bazaya qayıdan ilk Amerika bombardmançılarını – dörd "B-24D"ni vurmuşdular.[1]

Ümumiyyətlə, müharibənin əvvəlindən Bolqarıstanın anti-Hitler koalisiyasının tərəfinə keçməsinə qədər bolqar pilotlar Bolqarıstanda yerləşən hədəflərə və Rumıniyadakı neft yataqlarına hava hücumları həyata keçirən Qərb Müttəfiqlərinin 117 təyyarəsini vurmuşdular.[3] Qərb müttəfiqlərinin Bolqarıstan ərazisinə hava hücumları nəticəsində 12,567 bina və tikili (10,002 yaşayış binası, 128 sənaye müəssisəsi və 288 ictimai bina) dağıdılmış və onlara ciddi ziyan dəymişdir.[4] Hava hücumlarından zərərçəkənlərin ümumi sayı təxminən 10 min nəfər olmuşdur.[5]

  1. 1 2 3 Flying for Greater Bulgaria // Frank Joseph. The Axis Air Forces: Flying in Support of the German Luftwaffe. Praeger, 2012. pages 83-94
  2. 1 2 Иванъ Николовъ, полковникъ. По войната на Балканитъ въ 1941 година (Военна библиотека 117). София, Печатница на Армейския военно-издателски фондъ, 1942. стр.25-26
  3. Dr. Lyubomir Ivanov. Essential history of Bulgaria in seven pages Arxivləşdirilib 2011-12-20 at the Wayback Machine. Sofia, Bulgarian Academy of Sciences, March 2007
  4. Страны Центральной и Юго-Восточной Европы во второй мировой войне. / под ред. полковника М. И. Семиряги. М., Воениздат, 1972. стр.37-38
  5. Страны Центральной и Юго-Восточной Европы во второй мировой войне. / под ред. полковника М. И. Семиряги. М., Воениздат, 1972. стр.50

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Румен Руменин. Американският тероризъм над българите. София, изд. «Жар птица», 2004. (bol.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]