İlah (ərəb. إله) — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir.[1] Qadın forması olan ilahə "tanrıça" deməkdir.
Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir.[2][3] "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur.[4][5]
Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.