Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
İlham Əliyev (d. 19 aprel 1968, Şamaxı rayonu, Azərbaycan SSR) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri.
İlham Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu, Azərbaycan SSR |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Əliyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının 19-da Şamaxı rayonunun (hal-hazırda Qobustan rayonunun) Qaracüzlü kəndində anadan olub. 1975-cı ildə Qaracüzlü 8 illik məktəbinin 1-ci sinfinə daxil olub və 1983-cü ildə təhsilini Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbində davam etdirib. 1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1986–1988-ci illər də Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci il də Bakı Maliyyə Kredit Texnikumuna daxil olub, 1994-cü il də bu texnikumun "Mühasibat uçotu" fakültəsini bitirib. 1997-ci ildə Cənubi Rusiya Humanitar Univeristetinin Bakı şəhərindəki filialının "Hüquqşünaslıq" fakültəsinə daxil olub, 2001-cı ildə oranı bitirib. 1988-ci ildə respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatında fəal iştirak edib, Azərbaycanın dövlət müstəqlliyinin bərpasına öz töhfəsini verməyə çalışıb. 1990-cı ilin yanvar hadisələrində xalqla birlikdə küçə və meydanlarda olub, bu zaman xəsarət alsa da, ev şəraitində müalicə olunub və şəhidlərimizin Dağüstü parkda dəfnində yaxından iştirak edib. Ailəlidir, 3 oğlu var.
Hələ orta məktəbdə təhsil alan vaxtlarda Şamaxı rayonunda çıxan "Şirvan" qəzetində məqalələri dərc olunub. 1991-ci ildən Azərbaycanın mərkəzi mətbuatında araşdırma yazıları, məqalələri dərc edilib. 1997–1998-ci illərdə "Xalq" qəzetində ştatdankənar müxbir işləyib. Həmin dövrdə həm də "Səs" qəzetində məqalələrim dərc olunub. 1998-ci ilin oktyabr ayının 4-də "Səs" qəzetində müxbir vəzifəsinə işə götürülüb. 2005-cı ildə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsinə təyin olunub və bu gündə həmin vəzifədə çalışır. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2004-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin təsisçisi və sədridir.
"Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" (Bakı, 2012), "Qanlı vadi" (Bakı, 2013), dünyaca tanınmış akademik Həsən Əliyevin elmi yaradıcılığına, zəngin həyat və fəaliyyətinə həsr olunan "İnsanlığa xidmət" (Bakı, 2016)[1], "İncə dərəsi" (Bakı, 2017), "Gecənin rəngi" (Bakı 2018),"Malayziyada açılan səhər" (Bakı2023), kimi publisistik əsərlərin və romanların müəllifidir. Hazırda "Əsir düşərgəsi" romanı çapa hazırlanır. Bundan başqa "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı Rusiya Federasiyasında rus dilində tərcümə olunaraq yayılıb. Bir neçə elmi, publisistik və bədii kitabın redaktoru və ön söz müəllifidir.
1987-ci il də hərbi xidmətə görə "Fəxri fərman"la, 2006 və 2009-cu, 2013 və 2014-cı illərdə jurnalist fəaliyyətinə görə, "Səs" qəzetinin "Fəxri fərman"ları ilə təltif olunub. 2015-ci il də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 30.11.2022-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb