İlham Əziz

İlham Saleh oğlu Əzizov və ya İlham Əziz (16 aprel 1972, Aşağı Noxudlu, Salyan rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.[5]

İlham Əziz
İlham Saleh oğlu Əzizov
Təxəllüsü İlham Əziz
Doğum tarixi [1] (51 yaş)
Doğum yeri Salyan, Azərbaycan SSR[2]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti[3]
İxtisası iqtisadçı
Fəaliyyəti yazıçı
publisist
Fəaliyyət illəri 2017–h.h[4]
Əsərlərinin dili azərbaycanca
Janr hekayə
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

İlham Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd tam orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Ailəlidir. İki övladı var.[6][7][8]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2017-ci ildə İlham Əziz imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir.[9][10]İlham Əzizin hekayələri "Sim-Sim.az", "Kulis.az", "Yeniyaz.az" kimi ədəbiyyat saytlarında, "Ədəbiyyat qəzeti"ndə çap olunub. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[11][12]

Kitabları[redaktə | mənbəni redaktə et]

2022-ci ildə İlham Əzizin "Şimşəkdən sonra" adlı hekayələr kitabı işıq üzü görüb. Kitaba müəllifin qələmə aldığı on hekayə daxil edilib.[13][14][15][16]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Yazıçı İlham Əziz kimdir? - DOSYE"" (az.). www.525.az. 2022-04-12. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  2. ""İlham Əzizin kitabı təqdim olunacaq"" (az.). www.kulis.az. 2022-04-15. İstifadə tarixi: 2022-04-22.
  3. ""Yazıçı İlham Əziz kimdir? – Dosye"" (az.). www.yeniyaz.az. 2022-04-12. İstifadə tarixi: 2022-04-22.
  4. ""İlham Əzizin yeni kitabı nəşr olundu - FOTO"" (az.). www.bakupost.az. 2022-04-13. İstifadə tarixi: 2022-04-22.[ölü keçid]
  5. ""İlham Əziz "Şimşəkdən sonra" kitabını təqdim edib - Foto"" (az.). www.525.az. 2022-04-19. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  6. ""İlham Əzizin kitabı təqdim olunacaq"" (az.). www.kulis.az. 2022-04-15. İstifadə tarixi: 2022-04-22.
  7. ""Yazıçı İlham Əziz kimdir? – Dosye"" (az.). www.yeniyaz.az. 2022-04-12. İstifadə tarixi: 2022-04-22.
  8. ""Yazıçı İlham Əziz kimdir? - DOSYE"" (az.). www.525.az. 2022-04-12. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  9. ""İlham Əziz "Şimşəkdən sonra" kitabını təqdim edib - Foto"" (az.). www.525.az. 2022-04-19. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  10. ""İlham Əzizin yeni kitabı nəşr olundu - FOTO"" (az.). www.bakupost.az. 2022-04-13. İstifadə tarixi: 2022-04-22.[ölü keçid]
  11. ""İlham Əziz "Şimşəkdən sonra" kitabını təqdim edib - Foto"" (az.). www.525.az. 2022-04-19. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  12. ""İlham Əzizin kitabı təqdim olunacaq"" (az.). www.kulis.az. 2022-04-15. İstifadə tarixi: 2022-04-22.
  13. ""İlham Əzizin yeni kitabı nəşr olundu - FOTO"" (az.). www.bakupost.az. 2022-04-13. İstifadə tarixi: 2022-04-22.[ölü keçid]
  14. ""İlham Əzizin ilk kitabı çapdan çıxıb"" (az.). www.manera.az. 2022-04-13. İstifadə tarixi: 2022-04-22.
  15. ""İlham Əzizin hekayələr toplusu çapdan çıxıb"" (az.). www.sim-sim.az. 2022-04-12. İstifadə tarixi: 2022-04-22.
  16. ""İlham Əzizin kitabı təqdim olunacaq"" (az.). www.kulis.az. 2022-04-15. İstifadə tarixi: 2022-04-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]