Maliyyə Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı.

Maliyyə Nazirliyi
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 1918
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan S.Vurğun küçəsi 135, AZ1022
Rəhbərlik
Nazir Samir Şərifov
Nazir müavini Azər Bayramov
Aparat rəhbəri Cavanşir Yusifov

Rəsmi saytı maliyye.gov.az

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

  1. Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi
  2. Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi
  3. Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması
  4. Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi
  5. Dövlət borcunun idarə edilməsi
  6. Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi
  7. Dövlət büdcəsi vəsaitindən istifadə

Tabeliyindəki qurumlar

[redaktə | mənbəni redaktə et]
Maliyyə Nazirliyinin inzibati binası
  1. Dövlət Xəzinədarlığı Agentliyi,
  2. Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
  3. Dövlət Maliyyə Nəzarəti Xidməti
  4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
  5. Maliyyə Elm-Tədris Mərkəzi
  6. Məlumat-Hesablama Mərkəzi
  7. "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti

Maliyyə Elm-Tədris Mərkəzi

[redaktə | mənbəni redaktə et]

SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır".

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır.

Məlumat Hesablama Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.