İlham Axundov

İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — Kanada alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru.

İlham Axundov
Axundov İlham Sənan oğlu
Doğum tarixi 1 iyun 1959(1959-06-01) (65 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi adı
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Axundov İlham Sənan oğlu 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndində anadan olub.

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlamis təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmisdir.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində (Bakı) xarici əlaqələr üzrə prorektor işləyib.

İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb.

Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb.

2007-ci ildə professor İ.Axundov karyerasını Kanadanın dünya söhrətli Vaterlu Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.

2009-2013-cü illərdə Vaterlo universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının direktoru vəzifəsində çalışıb.

Hazırda o, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur.

Professor İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.

O, universitetin bir çox komitələrinin - universitet dekanlarının məşvərət komitəsinin, statistika və aktuar elm proqramları üzrə komitənin, bakalavrların işi üzrə komitənin ve universitetə qəbul komitəsinin işində iştirak edir.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İ.Axundov, dörd istiqamət üzrə (siyasi, iqtisadi, sosial və təhsil) fəaliyyət göstərən “Kanada-Azərbaycan” Əməkdaşlıq Arxivləşdirilib 2018-07-31 at the Wayback Machine Assosiasiyasının prezidentidir.

2012-ci ildə İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu yaradıb ki, bu qurumun məqsədi Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırılma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir. 2012-ci ildə onun köməyi ilə Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 2016-cı ildə elmi, pedaqoji, və diaspora fəaliyyətinə görə I. Axundov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmisdir
  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]