İlham Əli oğlu Nağıyev (1 yanvar 1988, Bakı) — Azərbaycanlı iqtisadçı və sahibkar, "GESCO" ASC-nin həmtəsisçisi, 2019–2021-ci illərdə "Binə Aqro" QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, "Baku United FC" futbol klubunun prezidenti və "Odlar Yurdu" Təşkilatının təsisçisidir.
İlham Nağıyev | |
---|---|
Doğum tarixi | 1 yanvar 1988 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Əli Nağıyev |
Təhsili |
London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbi, |
Fəaliyyəti | iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
İlham Əli oğlu Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulmuşdur.
İlham Nağıyev 1994–2004-cü illərdə orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2005–2006-cı illərdə Londonda SOAS Universitetində, 2006–2009-cu illərdə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil almışdır. 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) almışdır. 2021-ci ildə Nyu-York Universiteti, HEC Paris və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ortaq "TRİUM Executive MBA" magistr proqramına daxil olmuşdur.
2010–2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktor vəzifəsində çalışan İlham Nağıyev 2019-cu ildən 2022-ci ilədək şirkətin Müşahidə Şurasının sədri olmuşdur.[1]
2013-cü ildən 2016-cı ilədək İlham Nağıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışmışdır[2].
2016-cı ildə İlham Nağıyev "Binə Aqro" QSC-nin Strateji İnkişaf üzrə vitse-prezidenti, 2017-ci ildən 2019-cu illərdə şirkətin icraçı direktoru vəzifələrində çalışmışdır. 2019-cu ildən 2021-ci ilə qədər İlham Nağıyev "Binə Aqro" QSC-nin Müşahidə Şurasının sədri olub[3].
2008-ci ildə İlham Nağıyev Böyük Britaniya, Çexiya, Litva, Rumıniya, Avstriya və Almaniyada yaşayan azərbaycanlıların gənclər təşkilatı kimi fəaliyyət göstərən Odlar Yurdu Təşkilatını təsis etmişdir[4]. İlham Nağıyevin sədrliyi ilə Odlar Yurdu Təşkilatı Avropa ölkələrində bir sıra tədbirlər həyata keçirmişdir:
2008-ci ildə Londonda azərbaycanlı gənclər arasında "Heydər Əliyev Kuboku" mini futbol turniri;[5]
2008-ci ildə Odlar Yurdu Təşkilatı tərəfindən Baku United FC futbol klubu yaradılmışdır[6].
2012–2013-cü illərdə Baku United FC peşəkar komanda olaraq İngiltərə Milli Futzal Liqasına qoşuldu.[7]
2013-cü ildə İngiltərə Super Liqasında klub çempionluq qazana bildi və 2014-cü ildə UEFA Futzal Kubokunda İngiltərəni təmsil etmək hüququ qazanmışdır[8]