Əli Nağıyev (general)

Əli Nağı oğlu Nağıyev (8 noyabr 1958, Naxçıvan rayonu) — general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini (2005–2011).

Əli Nağıyev
Vəzifədədir
20 iyun 2019-cu ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiMədət Quliyev
16 mart 2005 – 11 aprel 2011
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1958(1958-11-08) (66 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Rütbəsi
General-polkovnik

Təltifləri

"Zəfər" ordeni — 2020"Azərbaycan Bayrağı" ordeni — 2002

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.[1] 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır.[1]

Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik KomitəsininAzərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[3]

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir.[4]

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.[5] Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[6]

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:

  1. 1 2 3 4 5 "Əli Nağı oğlu Nağıyev". dtx.gov.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  2. "Ə. N. Nağıyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin edilməsi haqqında". e-qanun.az (az.). 2005-03-16. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  3. "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2014-08-15. İstifadə tarixi: 2024-09-06.
  4. "Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2019-06-20. İstifadə tarixi: 2024-09-06.
  5. "Ə.N.Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında". e-qanun.az (az.). 2019-06-27. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  6. "Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2020-12-07. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  7. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında". e-qanun.az. 1998-12-24. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  8. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında". e-qanun.az (az.). 2004-03-25. 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  9. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında". e-qanun.az (az.). 2005-03-16. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  10. "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2018-09-28. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
  11. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2020-12-09. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.