İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
İlham Tumas | |
---|---|
İlham Əli oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti |
jurnalist ssenarist |
Fəaliyyət illəri | 1992-indiyədək |
İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib
[1], N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.
Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib.
Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb. 2008-ci ilin martından 2008-in noyabr ayına qədər "24 Saat" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən "Bir qəzanın tarixçəsi" və Birinci Cümhuriyyət dövrünə dair "Cümhuriyyət qurbanları", AzTV-də "Heydər Əliyevə apologiya", "Naxçıvan həqiqətləri", "Vanqa", "Qorxulu Rasputin", "İvanovka nümunəsi" və digər çoxsaylı sənədli filmlərin müəllifidir. "Salnamə" Sənədli Filmlər Studiyasinda "Təxəllüsü Mixaylo", "Sualtı səltənət" sənədli filmlərinin redaktoru olub. ApaTV-də "İlham Tumasla 40 dəqiqə" müəllif-layihəsinin aparıcısı olub. 2017-ci ildə APA tv-dən ayrılıb.[1] "Gizli tarix", "Dünyanın gizli ocağı: Vatikan", "Casusluq, kəşfiyyat, müharibə tarixindən" və "Gizli cinayətlər"[2] kitablarının müəllifidir.
Ssenari müəllifi kimi
Unudulmuş Qəhrəman |
Çarın sevimli xanı |
Türk sevdalısı-Nuru Paşa |
İnqilab və ölüm şairi |
Napoleonun cangüdəni |
Brejnev zamanı, yaxud da zamanın Brejnevi |
Sovetin son mogikanı |
Gələcəyi görən kor Vanqa |
Birinci demokratın ölümü |
Kreml fatehi |
Divanə və dahi Landau |
Reyxin Bakı planı |
Hər gecənin gündüzü vardır |
Qorxulu Rasputin |
Düdəngidən Berlinə gedən yol |
Qanlı imperiyanın sonu |
Ənvər paşa: mələkmi, iblismi? |
Diktatorun sadiq qulları |
Çox yorğunam, kapitan! |
Novruzun gizli qatarı |
Quldur Razinin gizli xəzinəsi |
Elvis Presli müamması |
114=18.51 |
Deman yolu, Deman köçü |
Sən kimsən, kamikadze? |
Qar Adamın sirri |
Səfirin ölümü |
Tənha gəminin balladası |
Əfsanəvi gözəlin xəyanəti |
Bir qətlin iki qurbanı |
Qərib yurdum-İrəvan |
Sadə və qeyri-adi- Volf Messinq |
Rixard Zorge |
Şirin yalan |
Kubalı Don Kixot |
Şimşək ömrü |
Musiqi imperatotu |
Qəhrəmanlıq və eşq dastanı |
Prezident gözəli |
Şanel əfsanəsi |
Qarabağın qalıb generalı |
İsthiqlala Azərbaycan yardımı |
2012-son, yoxsa başlanğıc? |
Yalançı Şmidt əfsanəsi |
Məğlubedilməz Lev |
Yesenin Bakıda |
Zəngəzur Aslanı |
Rejissor kimi