İlhan Aşkın (1965, İğdır), Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəridir.[1]
İlhan Aşkın | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, İğdır |
Vətəndaşlığı | Türkiyə, Niderland |
Milliyyəti | Türk |
İxtisası | [ |
Fəaliyyəti | Diaspor |
Fəaliyyət illəri | 1986-cı ildən |
Tanınır | Diaspor |
Mükafatları | Azərbaycan Respublikasının "Tərəqqi" medalı |
İlhan Aşkın, 1965-ci ildə İğdırda anadan olsa da, ailəsi əslən Qərbi Azərbaycanlıdır. İbtidai və orta təhsilini İğdır vilayətinin Kacərdoğanşanlıda almışdır.[1] Orta məktəbi Kütahya, Tavşanlıda bitirən İlhan Aşkın, işləmək üçün 1986-cı ildə Niderlanda köçmüşdür.[1]
Hal-hazırda Niderlanddakı ən böyük Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəridir. İlhan Aşkının səyləri və maddi dəstəyi nəticəsində,Lahey şəhərində Xocalı soyqırımına aid abidə qoyulmuşdur.[1] Abidənin açılmasında Avropada bəzi vətənpərvər soydaşlarımızın maddi dəstəyi olmuşdur.
2014-cü ildə, Hollandiyanın Almelo şəhərində təşkil edilmiş minitnqdə çıxışı zamanı İlhan Aşkın, "Qarabağ erməniyə məzar olacaq" şüarı səsləndirdiyinə görə erməni diasporu tərəfindən məhkəməyə verildi.[2][3] 3 mart, 2017-ci ildə keçirilən məhhkəmədə dövlət ittihamçısının İlhan Aşkının 80 saat ictimai iş cəzası və 2 il müddətində bu hadisə təkrarlanarsa 2 həftə həbs cəzasına məhkum edilməsini istəsə də, 17 martda keçirilən məhkəmədə cəzalar iki qatına çıxarıldı.[2] Belə ki, İlhan Aşkın 120 saat ictimai iş cəzası aldı, bu hadisəni təkrarlayacağı halda isə 4 həftəlik həbs edilə bilər.[2] Qeyd edək ki, Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır.[2][3]
Ailəlidir, 3 övladı var.[4]
İlhan Aşkın, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ilin iyun ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.[5]