İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq.
İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur.[1]
İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir.
Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir.[2] Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir. Rəngi, dadı və iyi yoxdur. Radon təbiətdə ən nadir elementlərdən biridir. Bu qaz radioaktiv maddələrin parçalanması zamanı əmələ gəlir. Əsasən tibb sahəsində tətbiq olunur. Radonun müalicə təsiri göstərən əsas amil alfa şüalanmadır ki, bundan periferik sinir sisteminn, dayaq – hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur.
Hidronim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, İsti su deməkdir. Türk dilində İlisu həm də "yel suyu" mənasında işlənir.İlisu sözünü başqa cür şərh edənlər də vardır.N.Q.Vaydenbaum "Qafqaz üzrə bələdçi" əsərində İlisu-sözünü "elli-su"-əlli su kimi tərcümə etmişdir.[3] İ.P.Petruşevski də "elli-su" variantını vermişdir.Rus tarixçisi A.Fon-Potto isə İlisu sözünün mənşəyini "iyli su"-"kükürdlü su" ilə bağlamışdır.[4] İlisu bulağının yaxınlığındakı İlisu kəndidə adını bu bulaqdan almışdır.
Hamamçay dərəsindən “Uludağ” turizim və istirahət kompleksinə asma kəmərlərlə bir çox xəstəliklərin əlacı, möcüzəvi termal bulaqların suyu gətirilmiş və radon vannaları qurulmuşdur. Radon vannaları əsasən müalicə vasitəsi kimi tətbiq olunur. Həkim təyinatından asılı olaraq həftədə 6 dəfəyə qədər tətbiq oluna bilər. Suda həll olunmuş radon sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı təsir göstərir, yüksək qan təzyiqini aşağı salır, sinir, endokrin və immun sisteminin fəaliyyətini normalaşdırır, damar və əzələ sisteminin spazmalarını aradan qaldırmağa kömək edir, regenerasiya proseslərini stimullaşdırır.
Radon vannalarının qəbulu, ürək fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normalaşdırır. Radon vannalarının köməyi ilə sağalma, sinir və əzələ liflərində sorulma prosesləri sürətlənir. Radon vannaları maddələr mübadiləsinin pozulmasından, şəkərli diabetdən, podaqradan və piylənmədən əziyyət çəkənlərin müalicəsində əhəmiyyətlidir. Bu vannalar dəri xəstəliklərinin müalicəsi zamanı yaxşı təsir göstərir, sinir sisteminin fəaliyyətini stimullaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini normalaşdırır. Xəstələr radon vannalarını asan qəbul edir və həm də balneoloji müalicənin başqa enerji-aktiv faktorlarının təsirini yüngülləşdirir. Radon vannası qanın laxtalanma sistemlərinə müsbət təsir göstərir və mikrosirkulyasiya proseslərini yaxşılaşdırır.[5]