İlisu sultanlığı

İlisu sultanlığı — şimal-qərbi Azərbaycanda mövcud olan feodal təsisatlarından biri.[1] XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII–XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.[2]

Tarixi dövlət
İlisu sultanlığı
Keçmiş İlisu sultanlığının xəritəsi. Qafqaz dağcıları haqqında məlumat toplusundan bir illüstrasiya. (rus dilində, 1868-1881)
Keçmiş İlisu sultanlığının xəritəsi. Qafqaz dağcıları haqqında məlumat toplusundan bir illüstrasiya. (rus dilində, 1868-1881)
 
 
1604 — 1844

Paytaxt Saxur, İlisu
Rəsmi dilləri saxur, azərbaycan dili, gürcü
Dövlət dini İslam (çoxluq), Gürcü Pravoslav Kilsəsi (azlıq)
Əhalisi saxurlar, azərbaycanlılar, ingiloylar
İdarəetmə forması Seçkili monarxiya
Sultan
 • 1562-1598 Adıgörklü bəy (ilk)
 • 1830-1844 Daniyal sultan (sonuncu)
Tarixi
 • 1604 Səfəvi şahı I Abbas bu torpaqları Kaxeti çarlığından alaraq Dağıstan feodal klanlarına verdi.
 • 1844 Rusiya imperiyasının işğalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İlisu sultanlarının məzarları

İlisu sultanlığına şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənub-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. İlisu sultanlığı əsasən iki hissədən ibarət idi. Birinci hissə Saxur vilayəti, yaxud "Dağ mahalı" adlanırdı. Bu hissənin tərkibinə əsasən Dağıstan torpaqları, Saxur (kənd)i və Samur vadisinə qədər uzanan ərazilər daxil idi. İkinci hissə ayrıca İlisu sultanlığından ibarət olub Saxur (kənd) vilayətindən cənubdakı torpaqları əhatə edirdi.

İlisu sultanlığının təməli 3 avqust 1563-cü ildə Saxurlar tərəfindən Dağıstanın Saxur mahalında qoyulmuşdur. İlk yarandığı dövürlərdə adı Saxur xanlığı kimi tanınırdı. Lakin sonralar siyasi cəhətdən Saxur mahalının paytaxt üçün uyğun olmadığını düşünərək İlisu kəndini quraraq paytaxt İlisuya köçürülmüştür. İllər rəzində Osmanlı sultanlarının Saxur xanlarına verdiyi "SULTAN" titulundan ötəridə xanlığın adı İlisu sultanlığına çevrilmiştir. İlisui sultanlığının üstünlük təşkil edən əhalisi Tsaxurlar idi, əhalinin az bir hissəsi azərbaycanlılar (muğallar) və İslamı qəbul etmiş gürcülər (ingiloylar) idi. Tsaxurlar sultanlığın şimal (dağlıq) və orta (dağətəyi) hissələrində yaşayırdılar, ərazinin cənubunda isə ingiloylar və azərbaycanlılar (muğallar) yaşayırdı.

Zaqatala rayonunun Eelisu naibliyi əhalisinin siyahıyaalınmasının məlumatları göstərdi ki, naibliyin ümumi əhalisi 11 836 nəfər idi, 23 kənddə yaşayırdı. Əhalinin böyük bir hissəsini 8 269 nəfərlik Tsaxurlar təşkil edirdi. ardınca 2 167 nəfərlik ingiloylar və 1 400 nəfərlik muğallar sultanlığın kiçik bir hissəsini əhatə edirdilər. Sultanlar Yanlız Saxurlardan secilirdi. Və sultanlara bə yaxud onların nəslindən olanlara muğallarla və ya inhiloylarla evlənmək safqanlığı qorumaq üçün qadağan edilmişdi. Əgər onlardan biri muğal bə yaxud gürcülərlə evlənərsə mirasdan bə sultanlıqdan məhrum edilirdi. İlisu sultanlığının tarixi, xüsusən də sultan titulu daşıyan İlisu hakimlərinin geneologiyası haqqında səslənən fikirlər bu günə qədər bir-biri ilə ziddiyyət təşkil edir. Sultanlığın yaranmasını gürcü tarixçiləri və bir sıra rus tədqiqatçılar Kaxetiya çarlığının parçalanmasının nəticəsi kimi dəyərləndirmişlər. Onların fikrincə İlisu hakimləri islamı qəbul etmiş gürcü knyazı Quram Vaxvaxişvilinin nəslindən idilər.[3]

İlisu sultanlığının xəritəsi

Səfəvi hökmdarı Şah I Abbasın Gürcüstana hücumu ərəfəsində Qaxın gürcü canişini eristav Quram Vaxvaxışvili şahın hüzuruna gələrək islamı qəbul etmiş və Kaxetiyaya qarşı hərbi əməliyyatlarda İran ordusunun tərkibində öz dəstəsi ilə fəal ıştirak etmışdır. Dağıstan, Azərbaycan və digər bir qism rus tədqiqatçıları sultanlığın yaradıcıları kimi Dağıstan xalqlarından olan saxurların[4][5] və hətta avarların[6][7] xüsusi rolunu qeyd etmışlər. Bölgənin epiqrafik abidələrini tədqiq etmiş alim Məşədixanım Nemətova isə İlisu hakimlərinin sələflərinin türkləşmiş ərəblər olduğu fikrini irəli sürmüşdür.

İlisu sultanlarının geneologiyası

İlisu sultanlığı haqqında yazılan bir sıra publisistik məqalə və araşdırmalarda isə İlisu sultanlarının geneologiyasının türklərlə bağlı olduğu göstərilir.[8][9][10][11] İlisu sultanlarının xələfləri olan Sultanovlar nəslinin nümayəndələri dünyanın bir sıra ölkələrində yaşayırlar.

İlisu sultanları

[redaktə | mənbəni redaktə et]
  1. "Z.Ə.Cavadova: Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat)" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
  2. Линевич И. Бывшее Елисуйское султанство ССКГ том 7 Санкт Петербург 1867
  3. Вахушти Багратиони. История царства Грузинского / Перевод, предисловие, словарь и указатель: Н. Т. Накашидзе. — Тб.: Мецниереба, 1976
  4. Əhməd İsayev. İlisu Sultanı Daniyal bəy. Bakı: 2005
  5. Elvira Lətifova. Şimal-Qərbi Azərbaycan: İlisu sultanlığı (rus dilində). Bakı: 1999
  6. Sevda Süleymanova. Car salnaməsi. Bakı: 1990.
  7. Timur Aytberov. Zaqafqaziya avarları. Mahaçqala: 1990 (rus dilində)
  8. Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994
  9. Hikmət Əzimov, Şahmərdan Əhmədov. Qax abidələri. Bakı: 1998
  10. Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991
  11. Şəmistan Nəzirli. İlisulu generalın faciəsi. Bakı: 1990