Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə İlluminati ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
İlüminatlar (lat. Illuminatii — ziyalılar, biliklilər və s.) — 1776-cı ildə Almaniyanın İngolstadt şəhərində kabbalistik hüquqşunas Adam Veispaut və Baron von Knigge tərəfindən yaradılan gizli təşkilat. İlluminati İngilis dilində "Aydınlanmış Olanlar" mənasını verir. Təşkilat fəaliyyət göstərdiyi müddət ərzində fanatizm, Katolik kilsəsi və dövlət məmurlarına qarşı mübarizə aparmışdır.
Bavariya illüminatları birliyinin əsası 1776-cı il may ayının 1-də İnqulştat universitetində professor Adam Veshaut tərəfindən qoyulub. Birliyi maariflənməyin zoğu kimi xarakterizə eləmək olardı.
Ordenin yaradıcısı Veyshaupt deizmin (Tanrını dünyanın yaradıcısı hesab edən, lakin onun təbiətə və cəmiyyətə təsirini inkar edən dini və fəlsəfi cərəyan) məşhur tərəfdarı idi. Orden deizmin yayılmağına təsir göstərirdi. İllüminatların əsas məqsədi insanlığın mükəmməlləşdirilməsi və yuksəldilməsi idi. Veysqaupt qeyd edirdi ki, insan öz təbiətincə pis deyil. Doğumdan hər bir insana verilən azadlıq və bərabərlik alınmışdır. Buna görə də, əgər insan sosial institutların təsirindən çıxıb, öz həyatına ağıl, bilik və vicdanla özü rəhbərlik eləsə problemləri öz-özünə həll ediləcək. Maarifləndirmək məqsədinə çatmaq üçün o, bütün mümkün variantlara əl atmışdı.
İllüminatların ideyası kilsəyə qarşı idi. Bəlkə də, illüminatların yaradılması yezuitlər tərəfindən tərbiyə olunan Veyshauptun kilsəyə qarşı mübarizəsindən doğmuşdu. Roma papası XIV Kliment 1773-cü ildə Yezuit ordeninini qadağa edən qanun vermişdi.
İllüminatların qısa zaman içində üzvlərinin sayının çoxalması hökumətin diqqətini cəlb edir. Bu zaman Orden daxilində qarşıdurma yaranır. Onun təməlini skandallar, yalanlar sarsıtmağa başlayır.
Veyshaupt Ordendə öz avtoritetinin qaldırılmasında və onun daxilində nizam-intizamın bərpa olunmasında çox əziyyət çəkir. 1784-cü ildə Veyshaupt və onun sağ əli olan baron Kniqqe ilə konflikti Kniqqenin Ordeni tərk eləməyinə gətirib çıxartır.
Fon Kniqqe Veyshauptun sərhədsiz gücündən narazı idi. Onu qeyd eləmək lazımdır ki, Ordenin inkişafında Fon Kniqqenin əvəzsiz rolu olmuşdur. Veyshaupt isə Kniqqenin həddən artıq mistika və okkultizmə meyllənməsinə qarşı idi. Bir çox axtarışlardan və qadağa qoyulmuş ideoloji ədəbiyyat növü, ilüminatlar, sirrli cəmiyyət kimi əvvəlcə dövlət, sonra isə kilsə tərəfindən qadağan olundu. Buna baxmayaraq, illüminatlar yenə bir müddət öz fəaliyyətlərini dayandırmadılar. 1787-ci ildə Ordendə yığılma cinayət hesab olundu və cəzası başın kəsilməsi oldu. Bu Ordenin indiki dövrdəki fəaliyyəti haqda heç bir məlumat yoxdu.
Veyshaupt 1830-cu ilə kimi, yəni öz ölümünə qədər sürgündə yaşamış və illüminatları müdafə üçün mübahisələr aparmışdır.
1896-cı ildə Orden rəsmi olaraq Drezdendə yenidən yaradılır. İndi bir neçə təşkilat var ki, onlar özlərini Veyshauptun ideyalarının davamçıları kimi qələmə verir.