İlmir Rəşad oğlu Xəzəddinov (rus. Ильмир Ришатович Хазетдинов, tatar. Илмир Ришат улы Хәзетдинов; 28 oktyabr 1991, Ulyanovsk və ya Ufa) — Tatar əsilli Rusiya xizəklə tramplindən tullananı, Rusiya çempionu (2013),[2] beynəlxalq dərəcəli idman ustası.
İlmir Xəzəddinov | |
---|---|
rus. Ильмир Ришатович Хазетдинов tatar. Илмир Ришат улы Хәзетдинов | |
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 28 oktyabr 1991 (32 yaş) |
Doğum yeri |
|
Boyu | 181 sm[1] |
Çəkisi | 67 kq[1] |
İlmir Xəzəddinov 28 oktyabr 1991-ci ildə Ufa şəhərində anadan olmuşdur. Ufa Ali İdman Ustalığı məktəbinin şagirdi olmuşdu.
Xəzəddinovun ilk məşqçisi Vladimir Andreyeviç Nikulin olmuşdur. Gənc idmançı, SDYUŞOR və ŞVSM "Lokomotiv" klublarının üzvü olmuşdur. Xəzəddinov 2005-ci ildən bəri beynəlxalq dərəcəli müsabiqələrdə iştirak edir. İlmir Xəzəddinov Rusiyada keçirilmiş olan 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. O, normal təpə yaşının seçmə mərhələsini 18-ci, final mərhələsini isə 35-ci yerdə bitirmişdir. Böyük təpə yarışının seçmə mərhələsində 32-ci, final mərhələsində isə 29-cu yerə layiq görülmüşdür. O həmçinin, komanda tədbirində 9-cu yeri tutan Rusiya komandasının üzvü idi. Xəzəddinov Dünya Kuboku debütünü 2012-ci ilin mart ayında etmişdir. İdmançının hal-hazırkı məşqçisi Ramil Razyapoviç Abrarovdur. Dünya Kubokunda ən yaxşı fərdi nəticəsi 25-ci yerdir (Bişofşofen 2015).[3][4]
İlmir Rəşad oğlu Xəzəddinov rok-musiqisi və avtomobillərlə maraqlandığını demişdir.[5] Qardaşı, xizəklə tullanma üzrə idman ustası olan Razil Rəşad oğlu Xəzəddinovdur.