İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə (ing. Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future) — 2015-ci ildə nəşr olunmuş, Eşli Vensin yazdığı İlon Maskın bioqrafiya kitabı.[1][2] Mask kitabda heç bir şeyi dəyişdirməmişdir.[3]

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future
Müəllif Eşli Vens
Janr bioqrafiya
Orijinalın dili ingilis dili
Ölkələr ABŞ ABŞ
Orijinalın nəşr ili 2015
Tərcüməçi İbrahim Nəbioğlu
Nəşriyyat HarperCollins
Səhifə 400 (az. 416)
ISBN 978-0062301239

Kitab New York Times-da bestseller, Azmazon-da İş dünyası/Sahibkarlıq mövzusunda bestseller və İlin ən yaxşı kitabı, Wall Street jurnalında İlin ən yaxşı iş dünyası kitabı adını qazanmışdır.

Rəylər[redaktə | mənbəni redaktə et]

New York Times:

"Kitabın sonlarına doğru oxucu Stiv Cobs ilə İlon Maskı müqayisə etməyə ehtiyac hiss edəcək. Maska fürsət verin. Kimsə onun kimi ola bilməz!"

Riçard Brenson (Virgin Group-un təsisçisi):

"İlon Maskla çox oxşar tərəflərimiz var: riskə gedən, uğursuzluqlardan qorxmayan və insanlığa parlaq gələcək vermək üçün daima çalışan biri. Eşli Vens Maskın mükəmməl həyat hekayəsini ulduzlarla dolu bir tərcümeyi-halla təqdim edir".

Toni Fadel (iPodiPhone-nun yaradıcısı, Nest Labs-ın baş icraçı direktoru):

"Dəfələrlə çətin vəziyyətə düşmüş və köhnə düşüncəli adamlarla mübarizə aparmış, dünyanı dəyişdirməyə çalışan bir adama açıq bir baxış. Bu kitabı oxuyub baxışlarını bir az daha irəliyə yönəltməyən insanlara təəccüb edirəm".

Bu rəylərdən əlavə, həmçinin The Washington Post, Wall Street jurnalı, The Guardian, Forbes, Don Qraham, Tayler Kauen, Kreiq Venter, Mark Andressen, Aron Levi də kitab haqda müsbət rəylər yazmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""O, Marsda insan koloniyası yaratmaq istəyir" – İbrahim Nəbioğlu İlon Maskdan danışır". kulis.az (az.). 14 mart 2018. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2022.
  2. "Elon Musk haqda yazılan kitab Azərbaycan dilində". xeberler.az (az.). 14 mart 2018. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2022.
  3. "'Elon Musk,' a Biography by Ashlee Vance, Paints a Driven Portrait". The New York Times (ingilis). 12 may 2015. 30 noyabr 2016 tarixində arxivləşdirilib.