İbrahim Nəbioğlu

İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, Palmalinin vitse-prezidenti (2006-2015).

İbrahim Nəbioğlu
İbrahim Nəbi oğlu Yaqubov
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist, yazar, publisist

İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında MoskvaUfa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.

1993–2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərmişdir.

1994–1997-ci illərdə "Avrasıya", 1997–2001-ci illərdə isə "Panorama" qəzetlərinin köşə yazarı olmuş, "Zerkalo", "Ayna", "Şərq" qəzetləri, 2017-ci ildən isə Ayna TV ilə əməkdaşlıq etmişdir.

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olmuşdur.

2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilmişdir.

2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur.

2006–2015-ci illərdə Palmalidə vitse-prezident olaraq çalışmışdır. 2015–2019-cu illərdə özəl şirkətdə müşavir çalışmışdır.

1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Evlidir, 3 övladı var.

Professor Nəbi Yaqubovun oğlu.

O həmçinin İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə kitabını da Azərbaycan dilinə tərcümə edib.

  • "Arxivlənmiş surət". 2011-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]