İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə (ing. Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future) — 2015-ci ildə nəşr olunmuş, Eşli Vensin yazdığı İlon Maskın bioqrafiya kitabı.[1][2] Mask kitabda heç bir şeyi dəyişdirməmişdir.[3]
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə | |
---|---|
Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future | |
Müəllif | Eşli Vens |
Janr | bioqrafiya |
Orijinalın dili | ingilis dili |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 2015 |
Tərcüməçi | İbrahim Nəbioğlu |
Nəşriyyat | HarperCollins |
Səhifə | 400 (az. 416) |
ISBN | 978-0-06-230123-9 |
Kitab New York Times-da bestseller, Azmazon-da İş dünyası/Sahibkarlıq mövzusunda bestseller və İlin ən yaxşı kitabı, Wall Street jurnalında İlin ən yaxşı iş dünyası kitabı adını qazanmışdır.
"Kitabın sonlarına doğru oxucu Stiv Cobs ilə İlon Maskı müqayisə etməyə ehtiyac hiss edəcək. Maska fürsət verin. Kimsə onun kimi ola bilməz!"
Riçard Brenson (Virgin Group-un təsisçisi):
"İlon Maskla çox oxşar tərəflərimiz var: riskə gedən, uğursuzluqlardan qorxmayan və insanlığa parlaq gələcək vermək üçün daima çalışan biri. Eşli Vens Maskın mükəmməl həyat hekayəsini ulduzlarla dolu bir tərcümeyi-halla təqdim edir".
Toni Fadel (iPod və iPhone-nun yaradıcısı, Nest Labs-ın baş icraçı direktoru):
"Dəfələrlə çətin vəziyyətə düşmüş və köhnə düşüncəli adamlarla mübarizə aparmış, dünyanı dəyişdirməyə çalışan bir adama açıq bir baxış. Bu kitabı oxuyub baxışlarını bir az daha irəliyə yönəltməyən insanlara təəccüb edirəm".
Bu rəylərdən əlavə, həmçinin The Washington Post, Wall Street jurnalı, The Guardian, Forbes, Don Qraham, Tayler Kauen, Kreiq Venter, Mark Andressen, Aron Levi də kitab haqda müsbət rəylər yazmışdır.