İlqar Əhmədov (tam adı: İlqar Hümmət oğlu Əhmədov; 25 may 1965, Faxralı, Bolnisi rayonu – 20 yanvar 1990, Bakı) — Qanlı Yanvar şəhidi.[1]
İlqar Əhmədov | |
---|---|
İlqar Hümmət oğlu Əhmədov | |
Doğum tarixi | 25 may 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
1965-ci il mayın 25-də Gürcüstan SSR Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomobil nəqliyyatı" fakültəsinin 4-cü kurs tələbəsi idi.
19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı. Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin. Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə. Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir. Mərhum Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.
Bakı, Şərifzadə küçəsi 1.