İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi.
İlqar Əlfioğlu | |
---|---|
İlqar Əlfi oğlu Qasımov | |
Doğum tarixi | 26 mart 1955 (69 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Əlfi Qasımov |
Təhsili |
|
İxtisası | Şərqşünas |
Fəaliyyəti | jurnalist, tərcüməçi, yazıçı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1978-ci ildən |
Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub.[1][2]
2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin redaktoru
İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb.[3]
Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir.
1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib.
2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib.[4]
Yazıçı Əlfi Qasımovun ailəsində anadan olub. Ədəbi mühitdə və mediada İlqar Qasımov, İlqar Əlfioğlu və İlqar Əlfi imzalarıyla yazıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini fars dili tərcüməçisi ixtisası üzrə bitirib. Elə həmin ildən təyinatla Azərbaycan Radiosunun Xarici Verilişlər bölməsində, Xəbərlər xidmətində, Cənubi Azərbaycan redaksiyasında, Fars dilində verilişlər redaksiyasında müxbir, redaktor, böyük redaktor, diktorluq edib.
1980–1982-ci illər arasında ehtiyatda olan zabit kimi öz ixtisası üzrə hərbi qulluqda olub, xidmətini baş leytenant rütbəsində bitirib. 1986-cı ildən Dövlət televiziyasında Tele-tamaşa şöbəsinin müdiri, 1987-ci ildən 1991-ci ilədək yeni dövrün ilk ədəbi-publisistik verilişində – "Dalğa" proqramında aparıcı, sonralar BMTi TV-dı Xəbərlər müdiri, ABA TV-də proqram aparıcısı, "Qafqaz Media Mərkəzində" tədris direktoru, "Bu gün" qəzetində köşə yazarı, "Avtoritet" qəzetinin təsisçi və baş redaktoru, ABA TV-də proqram aparıcısı, xaricdə fəaliyyət göstərən "Azadlıq" televiziyasında aparıcı kimi çalışıb, 2007-ci ildən APA xəbər agentliyində işləyir, APA TV-nin Yaradıcılıq şurasının sədri və proqram aparıcısıdır.
1976-cı ildən dəfələrlə İranda mütərcim, Əfqanıstanda xidməti ezamiyyətlərdə olub. 2014-cü ildən Azərbaycan Dövlət Tərcümə mərkəzində redaktordur.
Tərcümə sahəsində 1976-cı ildən çalışıram, elə həmin ildən də, respublika mətbuatında dərc olunuram, öz yaradıcılığımla yanaşı, müntəzəm olaraq, həm rus, həm də fars dillərindən əsərlər tərcümə edirəm. "Avtoritet" və "Qızılbarmaq Fatma" adlı iki romanı, hekayə və povestləriləri var. Əsasən, dünya klassiklərinin, Nobel mükafatı laureatlarının əsərlərindən ibarət 70-dən artıq tərcümə kitabı , 1000-ə yaxın publisistik yazısı Azərbaycan mətbuatında işıq üzü görüb.