Qasımov Əlfi Səhlik oğlu (5 yanvar 1927, Poladlı, Ağdam rayonu – 12 mart 1985, Bakı) — yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1956).[1][2]
Əlfi Qasımov | |
---|---|
Əlfi Səhlik oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | SSRİ |
Uşağı | |
Fəaliyyəti | yazıçı |
Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir.[1][2]
Əlfi Qasımov 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurmuşdur.[1][2]
Əlfi Qasımov 1951-1958-ci illərdə "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir. Daha sonra 1958-1966-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini icra etmişdir. O, 1966-1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmışdır.[1][2]
Əlfi Qasımov 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi" verilişinin aparıcısı olub. 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.[1][2]
Əlfi Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlamış və onun "Xalq arzusu" adlı ilk şeiri Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc edilmişdir. Publisistin şeirləri universitetdə oxuduğu illərdə də respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.[1][2]
Əlfi Qasımovun "Əriməzin ətəklərində" adlı ilk oçerklər kitabı 1954-cü ildə nəşr olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələri və tərtib etdiyi digər kitabları çap olunmuşdur. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.[1][2]
Əlfi Qasımov 1985-ci il mart ayının 10-da Bakıda ürək çatışmazlığından qəflətən vəfat etmişdir.[1][2]
Bədii əsərləri:
Tərcümələri və tərtib etdiyi kitablar: