İlqar Rza oğlu Abbasov (11 aprel 1975, Naxçıvan) — Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi (2022-ci ildən), general-mayor (2022).
İlqar Abbasov | |
---|---|
Vəzifədədir | |
15 iyul 2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1975 (49 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
İlqar Rza oğlu Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]
İlqar Abbasov 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[2] 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunmuş[3] və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.[4]
İlqar Abbasov çalışdığı dövr ərzində dəfələrlə mükafatlandırılmış, 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[5]