"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir.
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | yubiley medalı[d] |
Təltif edir | Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 14 iyul 2023 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı |
Aşağı mükafat | "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı |
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 985-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Yubiley medalı ilə Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.[2]
Medala layiq görülən şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi tərəfindən təltif edilirlər.
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]
Medalın ümumi təsviri
Medalın ön tərəfi
Medalın arxa tərəfi
Medalın elementləri