Allahyarov İlqar Nurəddin oğlu — “Vətən uğrunda” medalı ilə təltif edilmiş döyüşçü
İlqar Allahyarov | |
---|---|
İlqar Nurəddin oğlu Allahyarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonunun Alıqulu kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bakı şəhəri, Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
1968-ci ildə Laçın rayonunun Alıqulu kəndində doğulmuşdur[1]. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Moskva şəhərində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildən rayon Polis Şöbəsində işləmiş və rayonun işğalı ilə əlaqədar erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında fərqlənmişdir. Fərəcan, Ağanus kəndləri ərazisində mühasirəni yararaq ermənilərin girov götürdüyü 15-20 nəfər qadını təkbaşına azad etmiş, Laçının ilk şəhidlərindən olan Təvəkkülün meyitini döyüş bölgəsindən çıxarmışdır. Hoçaz yüksəkliyi uğrunda gedən döyüş zamanı düşmənin dörd tankını və xeyli texnikasını məhv etmişdir. Alxaslı kəndi ətrafında mühasirəyə düşən milli ordunun xeyli sayda əsgərini Qırmıq körpüsündən keçirərək xilas etmişdir.
1994-cü il fevralın 10-da Füzuli bölgəsində gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 saylı sərəncamı ilə Azərbaycan polisi günü münasibətilə, Azərbaycan Respublikasında cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Allahyarov İlqar Nurəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.