İlqar Paşazadə

Paşazadə İlqar Tahir oğlu (5 aprel 1963, Bakı) — filoloq-dilçi, teleradio jurnalisti, ssenarist, "MİR" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru (2002-bu günədək),[1][2] filologiya üzrə Fəlsəfə doktoru (2007), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2010).[3] Prezident İlham Əliyevin 7 noyabr 2016-ci il Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,[4] Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13033 N-li 17 oktyabr 2012-ci Fərmanı ilə "Dostluq" ordenilə təltif edilib.

İlqar Paşazadə
Paşazadə İlqar Tahir oğlu
Doğum tarixi 5 aprel 1963(1963-04-05) (61 yaş)
Doğum yeri
Atası Tahir Paşazadə
Anası Firəngiz Muxtar qızı Şıxəmirova
Milliyyəti Azərbaycanlı
İxtisası filoloq-dilçi
Təhsili
Fəaliyyəti jurnalist
Tanınır teleradio jurnalisti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paşazadə İlqar Tahir oğlu 1963-cü il aprel ayının 5-də Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərində 167- saylı orta məktəbi bitirib. 1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsini bitirib. Tələbəlik illərindən mərkəzi və Respublika mətbuatında, o cümlədən "Komsomolskaya pravda" qəzetində məqalələri dərc olunub.

1986-cı ildə təyinatla Azərbaycan SSR-nın Nazirlər Sovetinin yanında Dövlət televiziya və radio Komitəsinə işləməyə göndərilib. 1989-cu ildə SSRİ Jurnalistlər Birliyinə üzv seçilib. Kiçik redaktordan baş redaktor vəzifəsinə kimi yüksəlib. 1992-ci ildən Respublika Radiosunun rus dilində verilişlər Yaradıcılıq birliyinə başçılıq edib. 1997-ci ildə Dövlət Televiziyasının "Xəzər" redaksiyasına baş redaktor vəzifəsinə təyin olunub. Gündəlik "Den" (Gün) və "Üz-üzə" verilişlərinə rəhbərlik edib.

2002-ci il dekabrın 11-də "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyinə direktor təyin edilib.[1] 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Ailəlidir. İki övladı var.

İ.Paşazadənin monoqrafiyasının üz hissəsi.

Həsən bəy Zərdabi adına "Qızıl qələm", Mikayıl Müşfiq adına "Azərbaycan bayrağı", BMT-nin Ümumdünya Beynəlxalq və dünya Dinlərarası Federasiyasının "Sülh səfiri" media-mükafatlarının laureatıdır. 2008-ci ildə MDB Parlamentlər Assambleyasının və "Mir" Dövlətlərarası Teleradio şirkətinin "Drevo Drujbı" (Dostluq ağacı) "qızıl" medalı ilə təltif olunub.

2010-cu il 21 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətlərinə görə" "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.[3]

2012 –cu il 17 oktyabrda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə "Televiziya və radionun inkişafında böyük xidmətlərinə və uzun, səmərəli fəaliyyətinə görə" "Dostluq" ordeni ilə təltif olunub.[5]

2016-cı il 7 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Teleradio sahəsində xüsusi xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[4][6]

  1. 1 2 "Новости Азербайджана – МТРК «МИР»О филиале". az.mirtv.ru. 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
  2. ""Ən əsası səhihlik və səmimilikdir"". medeniyyet.az. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
  3. 1 2 "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
  4. 1 2 Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[ölü keçid]
  5. ""Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycandakı Milli nümayəndəliyinin direktoru Rusiyanın "Dostluq" ordeninə layiq görülmüşdür". azertag.az. 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
  6. "Batırşin MİR əməkdaşlarını təbrik etdi". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.