Tahir Paşazadə

Tahir Hadı oğlu Paşazadə (12 yanvar 1930, Bakı28 aprel 1990, Bakı) — Şərqşünas, dövlət və ictimai-siyasi xadim, ssenarist, tərcüməçi.[1]

Tahir Paşazadə
Tahir Hadı oğlu Paşazadə
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Firəngiz Paşazadə
Uşaqları Gülşən,Rövşən, İlqar.
Atası Hadı Paşazadə
Milliyyəti azərbaycanlı
Təhsili Şərqşünaslıq
Fəaliyyəti jurnalist
Mükafatları "Qızıl Qələm"

1930-cu ildə yanvarın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.190 saylı orta məktəbi bitirmişdir. Sonra tibb məktəbində təhsil almışdır.Tahir Paşazadə SSRİ Jurnalistlər İttifiqanın üzvü, həmin təşkilatın "Qızıl qələm" mükafatının laureatı ilə təltif edilib.3 övladı var:Gülşən Məmmədova, Rövşən Paşazadə, İlqar Paşazadə. Rövşən Paşazadə "Azernenerji ASC" ictimaiyyətlə əlaqələr və metbuat xidmətində aparıcı mütəxəssisi vəzifəsində çalışır və "Azerbaijan Today jurnalının" tesisçisidir.[2] İlqar Tahir oğlu Paşazadə "MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktorudur.[1]

  • 1953-cü uldə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitimişdir. Ali məkəbi bitirdikdən sonra Neft texnikumunda pedaqoji fəaliyyətə başlamışdır.
  • 1956 –ci ildə Lenin ( Sabunçu) rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Fəal ictimai fəaliyyətinə görə Moskvadakı Ali Partiya məktəbində ikillik partiya rəhbər işçiləri üçün ixtisaslaşdırırlmış hazırlıq keçmişdir.
  • 1958-ci ildə ömrunun sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsində ayrı-ayrı rəhbər vəzifələrində çalışmışdır. O cümlədən Azərbaycan Respublika radiosunun xarici şöbəsinin fars redaksiyasının baş redaktoru
  • 1972-1976 –ci illərdə ilk partiya kömitəsinin katibi vəzifəsində çalışmışdır. Həmin dövrdə 26 Bakı Komissarı (indiki Səbayıl ) rayon sovetinin deputatı seçilmışdir.
  • 1976 –ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsinin sədr müavini vəzifəsinə təyin olumuşdur.
  • 1980-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.
  • 1990-cı ilin aprel ayının 28-də vəfat etmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Balaş Abbaszadə, Eldar Sadıx, "Bir Portretin Nağılı", Bakı-2010, səh 104" (PDF). 2019-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-28.
  2. ""Azerbaijan Today jurnalı"". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.