İlya İlin

İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq).

İlya İlin
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi Qazaxıstan
Doğum yeri
İdman növü ağır atletika
Boyu 174 sm
Çəkisi 105 kq

2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015).[1] Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi.[2]

Dopinq skandalı[redaktə | mənbəni redaktə et]

15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı.[3] Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.[4][5] Nəticədə İlyin Rio-de-Janeyrodakı Olimpiya oyunlarına buraxılmadı.[6] 2016-cı ilin noyabr ayında dopinq testlərinin əlavə araşdırmasının nəticələrinə görə, İlya İlyin, BOK İntizam Komissiyasının qərarı ilə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının və 2012-ci il London Oyunlarının qızıl medallarından məhrum edildi.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. IWF World Weightlifter of the Year — Wikipedia, the free encyclopedia
  2. "Вилорий Пак: «Одни надо мной смеялись, другие возмущались»". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  3. "The IWF reports that as a consequence of the IOC's reanalyses of samples from the 2012 London Olympic Games". «IWF». 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 июля 2016.
  4. "The IWF reports that as a consequence of the IOC's reanalyses of samples from the 2008 Beijing Olympic Games". «IWF». 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 июля 2016.
  5. "Допинг-проба Ильина с Олимпиады-2008 также оказалась положительной". 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  6. Мария Гареева. "Ильин, Манеза, Подобедова и Чиншанло отстранены от занятия спортивной деятельностью - новости на Informburo.kz". 2016-06-16. 2016-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.
  7. "ИЛЬЯ ИЛЬИН ЛИШЕН ДВУХ ОЛИМПИЙСКИХ ЗОЛОТЫХ МЕДАЛЕЙ". 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.