İlyas Göçmənin şəkil dəftəri — Səlim Babullaoğlunun şeirlər kitabı.
İlyas Göçmənin şəkil dəftəri | |
---|---|
İlyas Göçmənin şəkil dəftəri | |
| |
Müəllif | Səlim Babullaoğlu |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2016 |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 128 |
ISBN | ISBN 978-9952-4940-6-8 |
Səlim Babullaoğlu türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin (lap nağıllarda olduğu kimi!) hərəsinə bir şeir yazıb. Bu şeirlər əsla həmin şəkillərə poetik illüstrasiyalar deyil. Şeirlər bir növ şəkillərin davamıdır, kadr arxasında qalan məqamların inikası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Vəşeirləri oxuduqdan sonra bu şəkillər tamaşaçı ilə başqa cür "danışır", tamamilə yeni semantik çalarlar qazanır, özgə bir canlılıq kəsb edir…
Qələm dostlarışairin yaradıcılığından bəhs edən məqalələrində Səlimin yazı tərzinin "kinematoqrafik xarakterindən" (yada salaq ki, müasir kino sənətinin əsasında məhz fotoqrafiya dayanmışdır), "sanki ruhun şəklini çəkməsindən" söz açıb. Amma Babullaoğlunun bədii istedadının bu cəhəti ilk dəfə məhz sözügedən silsiləyə daxil olan şeirlərdə bütün tamlığı və parlaqlığı ilə üzə çıxıb…
…Məhz bu tipli əsərlər nəhəng dünya ədəbiyyatı okeanına qovuşmağa gətirib çıxara bilər.